
Bu gün paytaxtın Nəsimi rayonu ərazisində transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar saat 10:00-dan saat 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.