
Bu il bütün ölkələrin ümumi dövlət borcunun 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd edilib.
“2024-cü ildə qlobal dövlət borcu 100 trilyon dolları keçəcək. Bu, qlobal ÜDM-in 93%-ni təşkil edəcək. Q lobal dövlət borcu onilliyin sonuna qədər daha da artacaq və 2030-cu ilə qədər ÜDM-in 100%-nə çatacaq”, - hesabatda bildiriblər.
Həmçinin, fondun mütəxəssisləri qeyd ediblər ki, ölkələrin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, pandemiyadan əvvəl gözləniləndən xeyli yüksək olacaq.
Onların sözlərinə görə, borcun sabitləşməsi ilə bağlı proqnozu olmayan ölkələr dünya borcunun yarıdan çoxunu və qlobal ÜDM-in isə təxminən üçdə ikisini təşkil edəcək.