Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.