Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etmədi


ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilər zamanı radikal solçu qüvvələrə qarşı mübarizədə Milli Qvardiyanın üzvlərindən və ya hərbçilərdən istifadə etmək imkanını istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, keçmiş prezident bunu “Fox News”a müsahibəsində seçkilərin necə keçəcəyini və həmin tarixdə xaosun olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Bizim ABŞ-də çox pis insanlar, xəstə insanlar var - solçu radikal dəlilər var. Və mən hesab edirəm ki, Milli Qvardiya və ya həqiqətən lazım gələrsə, hərbçilər onlarla çox asanlıqla məşğul ola bilər”, - eks-prezident deyib.
Tramp həmçinin qeyd edib ki, daxili düşmənlər xarici təhdidlərdən daha təhlükəlidir:
“Məncə, daxildəki düşmən Çindən, Rusiyadan və bütün bu ölkələrdən daha təhlükəlidir”.

DİGƏR XƏBƏRLƏR

Top