Amerikanın “Los-Anceles” klubu “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba ilə maraqlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insayder Nikolo Skira məlumat yayıb.
Daha əvvəl 31 yaşlı fransalı futbolçunun “Yuventus”la müqaviləsinin ləğvi ilə bağlı razılığa gələcəyi və azad agent olacağı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, ötən ilin avqustunda Poqba dopinq testindən müsbət nəticə alıb. Fevralın 29-da antidopinq məhkəməsi yarımmüdafiəçinin 4 il müddətinə futboldan uzaqlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın cəzasını elan etdikdən sonra idmançı apellyasiya şikayəti verib. İdman Arbitraj Məhkəməsi (CAS) ona baxdıqdan sonra diskvalifikasiya müddətini 18 aya endirmək qərarına gəlib.
Poqba Fransa millisi ilə dünya çempionudur. Fransalı həm də Avropa çempionatının gümüş mükafatçısı olub.