Məsud Pezeşkian Şahin Mustafayevi qəbul etdi – Foto


İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian görüşdə İran və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün istənilən layihəni alqışladığını bildirib.
O, iki ölkənin tarixi və mədəni ortaqlıqlarından bəhs edərək, Azərbaycan və İran arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
Pezeşkian iki ölkə arasındakı razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin zəruriliyini də qeyd edib.
“Biz iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişlənməsini istəyirik”, - İran Prezidenti əlavə edib.
Bundan əlavə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanın İranla əlaqələri genişləndirməyə hazır olduğunu bəyan edib. O, iki ölkə arasında iqtisadiyyat, ticarət, energetika, mədəniyyət, tranzit və ümumi yol və dəmir yolu xətlərinin tamamlanması və inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrə böyük əhəmiyyət verildiyini vurğulayıb.
Şahin Mustafayev İran Prezidentinin gələn ay Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Qəbul zamanı bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top