Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi – Fərman


“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) sahibi və operatoru Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər ESTİS-in sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, operatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət olub.

DİGƏR XƏBƏRLƏR

Top