Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldilib.
Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb.
İstifadə olunan investisiyanın 6 milyard 302 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1 milyard 665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyaların 10 milyard 578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 9 milyard 193 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.