Dövlət idarələrində işləyənlərin sayı azalıb


Bu ilin sentyabr ayının 1-nə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 754,9 min nəfər olub.
Yeniavaz.com
 xəbər verir ki, muzdla çalışan işçilərin 878,3 min nəfəri dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə muzdla çalışan işçilərin sayı 1 milyon 706,6 min nəfər olub və onlardan 887,7 min nəfəri dövlət sektorunda, 818,9 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə dövlət sektorunda işləyən işçilərin sayı 9,4 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 57,7 min nəfər artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top