
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
Məlumata görə, bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac olunub.
Bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql edilib.
Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2 % çoxdur.