Ermənistan millisi baş məşqçisini istefaya göndərdi


Ermənistan milli komandasının baş məşqçisi Aleksandr Petrakov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla əbər verir ki, bu barədə qərar oktyabrın 13-də Ermənistan komandasının Şimali Makedoniyaya uduzduğu UEFA Millətlər Liqası matçından sonra verilib.
Hazırda Ermənistan millisinin baş məşqçisi postuna mümkün namizədlər barədə rəsmi məlumat yoxdur.
C Liqasının 4-cü qrupunun görüşü bazar günü İrəvanda baş tutub və 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qolları Boyan Miovski (72-ci dəqiqə) və İsnik Alimi (85) vurub.
Ermənistan komandası qrupda Şimali Makedoniyadan ikinci məğlubiyyətini alıb və 4 xalla turnir cədvəlinin ikinci pilləsində qalıb. Şimali Makedoniya yığması 10 xal toplayıb.
Qeyd edək ki, Petrakov 2023-cü ilin yanvarında Ermənistan millisinə rəhbərlik edib. Bundan əvvəl o, 2021 və 2022-ci illərdə ölkənin birinci komandasına rəhbərlik də daxil olmaqla, müxtəlif yaşlarda olan Ukrayna yığmalarını çalışdırıb.

DİGƏR XƏBƏRLƏR

Top