“Hizbullah” dronla hücum etdi – 4 İsrail hərbçisi öldü


Oktyabrın 13-də Livanın “Hizbullah” hərəkatının pilotsuz uçuş aparatının İsrailin şimalındakı Binyamina kəndi yaxınlığındakı hərbi bazanı vurması nəticəsində 4 İsrail hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Hizbullah” terror təşkilatı tərəfindən buraxılan pilotsuz uçuş aparatı Binyamina kəndi yaxınlığındakı hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində 4 hərbçi həlak olub, daha 7 hərbçi ağır yaralanıb”, - məlumatda qeyd edilib.
Mətbuat xidməti əlavə edib ki, bütün yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı tədqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top