Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Birgə Qılınc - 2024B” təliminə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun Şərq Zonası Döyüş Komandanlığının rəsmi nümayəndəsi, baş polkovnik Li Ci məlumat verib.
Məlumata görə, Tayvan Boğazı, Tayvan adasının şimal, cənub və şərq hissələrində keçirilən “Birgə Qılınc - 2024B” təliminə quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunlar cəlb edilib.
“Çin Xalq Azadlıq Ordusunun gəmiləri və təyyarələri müxtəlif istiqamətlərdən Tayvan adasına yaxınlaşıb. Bütün qoşun növləri əsas limanların və ərazilərin blokadasına, dəniz və yerüstü hədəflərə hücuma yönəlmiş birləşmiş hücum həyata keçirib”, - Li Si bildirib.
O, həmçinin qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu bu təlimlə qoşunların birgə əməliyyatlar aparmaq imkanlarını sınaqdan keçirir.