Yüz il əvvəl yoxa çıxan alpinistin sümükləri tapılıb


Yüz il əvvəl yoxa çıxan britaniyalı alpinist Endryu İrvinin sümükləri Everestin yamaclarından birində tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb.
Bildirilir ki, Endryu İrvin və onun həmyerlisi Corc Mallori sonuncu dəfə 8 iyun 1924-cü ildə görülüb. Mallorinin sümükləri hələ 1999-cu ildə Amerika ekspedisiyası tərəfindən 3800 metr yüksəklikdə tapılmışdı.
Xatırladaq ki, yüz il ərzində Everestin fəth edilməsi zamanı üç yüzdən çox alpinist həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top