
Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 27 milyard 649,4 milyon manat kredit verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 23% və ya 5 milyard 165,3 milyon manat azalıb. Verilən kreditlərin həcmi artsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin sentyabr ayının əvvəlinə problemli kreditlərin həcmi 61,2 milyon manat və ya 11,5% azalaraq 473,1 milyon manata yüksəlib.
Qeyd edək ki, ötən ilin sentyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 2,4% paya malik olsa da, bu ilin sentyabr ayının əvvəlində 1,7%-ə düşüb.