Ermənistanın strateji əhəmiyyətli və həssas bölgəsi olan Sünikdə (Zəngəzur) Ümumdünya Qida Proqramının (World Food Programme - WFP) həyata keçirdiyi layihələrin yarıdan çoxu Fransa tərəfindən maliyyələşdirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X sosial şəbəkəsindəki hesabında yazıb.
"Fransa Ermənistandakı resurslarından öz inanclarına uyğun istifadə edir", - səfir qeyd edib.