Ermənistanda daha bir hərbçi öldü


Ermənistanda hərbi hissələrdən birində güllə yarası olan erməni hərbçinin meyiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saat 09:30 radələrində baş verib. Ölən şəxs Aqasi Dallakyandır. Onun ölümünün bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Qeyd edilib ki, bu, oktyabrda ikinci dəfədir ki, əsgər qeyri-döyüş şəraitində ölür. Oktyabrın 6-da müstəntiqlərin fikrincə, intihar edən əsgər Vahe Arutyunyanın meyiti tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top