
“Kursk vilayətində döyüşlər başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin insan itkiləri 22,6 min hərbçini ötüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 22 min 600-dən çox hərbi qulluqçu, 157 tank, 72 piyada döyüş maşını, 98 zirehli transportyor, 909 zirehli döyüş maşını, 619 avtomobil, 186 artilleriya qurğusu, 36 reaktiv yaylım atəşi qurğusu, 9 HIMARS və 6 MLRS itirib”, - məlumatda deyilir.