Ronaldo yeni rekorda imza atdı


Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo komandasına Millətlər Liqasında polyaklarla matçda qalib gəlməyə kömək edib.
Yeniavaz.com
xəbər verir ki, 39 yaşlı futbolçu qol vuraraq Portuqaliyanın Polşa millisini 3:1 hesabı ilə məğlub etməsində iştirak edib.
Ronaldo üçün bu qələbə onun Portuqaliya millisinin tərkibində rəsmi oyunlarda 100-cü qələbəsi olub.
Kriştiano tarixdə belə bir mərhələyə çatan ilk futbolçu olub. Yoldaşlıq görüşlərini də nəzərə alsaq, portuqaliyalılar Ronaldo ilə 131 görüşdə qalib gəliblər.
Xatırladaq ki, daha öncə Ronaldo yüksək səviyyədə keçirdiyi 600-cü oyununda qol vuraraq, bu həddə çatan ilk futbolçu olub. 

DİGƏR XƏBƏRLƏR

Top