
“Sotheby's” hərrac evi basketbol əfsanəsi Maykl Cordana məxsus əşyaların öz tarixində ən böyük auksionunu keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Barron's” yazıb.
Hərrac oktyabrın 23-dən noyabrın 4-dək onlayn keçiriləcək və ən yaxşı lot Cordanın “Çikaqo Bulls”un 1996-1997 Milli Basketbol Assosiasiyasının (NBA) çempionluğu mövsümündə geyindiyi forma olacaq.
Onun dəyəri ilkin olaraq 4-6 milyon dollar qiymətləndirilir.
“Sotheby's” rəsmi nümayəndəsi Brem Uokter bunu Cordanın “Çikaqo Bulls” karyerasında hərraca çıxarılmış ən çox geyilən forması adlandırır. Belə ki, məşhur basketbolçu bu formada beş ay oynayıb.
“MeiGray”ə görə, bu, həm də oyunçunun ilk beş çempionat mövsümündən hərraca çıxarılan yeganə qırmızı forması, həmçinin, 1996-1997-ci illər mövsümündə geyindiyi iki qırmızı formadan biridir.
Şirkət qeyd edir ki, o, bu formada 20 oyun keçirib.
Bu köynəkdən əlavə, daha dörd lot hərraca çıxarılacaq.
Cordanın 1988-1989 mövsümündə “Bulls”un ev oyunlarında geyindiyi formanın qiyməti 2 milyon dollardan çox qiymətləndirilir.
“Son rəqs” sənədli filminin mövzusu olan 1998-ci ildə pley-offda imzaladığı formanın 0,8-1,2 milyon dollara satılacağı ehtimal olunur.
Və nəhayət, onun Şimali Karolina Universitetində oynadığı vaxta aid bir sıra əşyalar, o cümlədən məşq forması və imzalı “Nike” idman ayaqqabısı 150-200 min dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində “Sotheby's” Cordanın altı idman ayaqqabısı üçün 8 milyon dollar almışdı.
