ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi


Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi İran iqtisadiyyatının neft və neft-kimya sektorlarında işləyən bütün şəxslərə qarşı sanksiyalar tətbiq edən fərman verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Sənəddə deyilir: “Bu sektorlarda fəaliyyət göstərən istənilən şəxs sanksiyalara məruz qalmalıdır”.
Digər tərəfdən, oktyabrın 14-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri birgə iclasda Rusiyaya silah ötürülməsi iddiası ilə bağlı İrana qarşı sanksiyaları təsdiq etməsi gözlənilir.
ABŞ və Avropa hesab edir ki, İran sentyabr ayında Rusiyaya ballistik raketlər və yüzlərlə hücum aparatları, eləcə də digər silahlar verib.
Həmçinin İran Hava Yollarına qarşı da sanksiyaların tətbiqi planlaşdırılır.
Qeyd edək ki, sentyabrın 10-da London, Paris və Berlin birgə bəyanat yayaraq, Rusiyaya ballistik raketlərin və digər silahların tədarükündə iştirak edən əsas təşkilatları və şəxsləri müəyyən etmək niyyətində olduqlarını bildirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top