
İsrail qüvvələrinin Qəzza zolağında son əməiyyatları nəticəsində bir gündə 50-yə yaxın fələstinli ölüb, 220-yə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, son 24 saat ərzində İsrailin Qəzzaya təcavüzü nəticəsində 49 nəfər ölüb, 219 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin qeyd etdiyi kimi, İsrail ordusunun sektorun müxtəlif sahələrini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 42 175, yaralananların sayı 98 336 nəfərə çatıb.