Alimlər yuxuda olan iki insan arasında əlaqə qurdular – İlk dəfə


Alimlər ilk dəfə olaraq yuxu vəziyyətində olan insanlar arasında ikitərəfli əlaqə qura biliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti “REMspace” şirkətinə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıqdan istifadə edərək evin müxtəlif yerlərində yatan iki nəfərin şüurunu əlaqələndirə və onlar arasında mesaj mübadiləsi həyata keçirə biliblər.
“REMspace”in CEO-su və qurucusu Maykl Raduqa bu gün elmi fantastika kimi görünən yuxulardakı ünsiyyətin yaxın gələcəkdə adi hala çevrilə biləcəyini vurğulayıb.
Təcrübədə iştirakçıların beyin dalğaları ilə bağlı məlumatları məsafədən serverə ötürən cihazdan istifadə olunub.
İştirakçılardan biri aydın yuxu mərhələsinə daxil olduqdan sonra server təsadüfi bir söz seçib və onu qulaqlıq vasitəsilə digər iştirakçıya ötürüb.
Eksperimentin ikinci iştirakçısı oyandıqdan sonra sözü dəqiq şəkildə təkrar edə bilib.

DİGƏR XƏBƏRLƏR

Top