
İngiltərənin “Liverpul” klubunun vingeri Məhəmməd Salah İspaniyanın “Real Madrid” klubuna keçə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “FourFourTwo” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 32 yaşlı Salahın hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Gələn ilin yanvarında misirli digər klublarla danışıqlar apara və azad agent kimi müqavilə bağlaya biləcək.
Digər tərəfdən, Salahın Fransanın PSJ klubuna keçməsi ilə bağlı da məlumatlar var.
Qeyd edək ki, əvvəllər Salahın Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi barədə məlumatlar var idi, lakin oyunçunun yaxşı forması Avropanın aparıcı klublarını onun transferi barədə düşünməyə vadar edir.
Xatırladaq ki, Salah bu mövsüm klub səviyyəsində 10 matça çıxıb. O, bu matçlarda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.