Sentyabr ayından bəri Livanda 70-dən çox tibb işçisi dünyasını dəyişib


17 sentyabr 2024-cü ildən bəri Livanda səhiyyə infrastrukturuna ən azı 18 hücum həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer deyib.
Bildirilib ki, bu hücumlar zamanı 72 tibb işçisi həlak olub, 40-ı yaralanıb:
“Sentyabrın 17-dən bəri səhiyyəyə qarşı 18 hücum qeydə alınıb, nəticədə 72 tibb işçisi həlak olub, 40 nəfər yaralanıb”.
Lindmayer qeyd edib ki, Livanın cənubunda 96 xəstəxana və ilkin tibbi yardım mərkəzi gücləndirilmiş döyüşlər səbəbindən bağlanmağa məcbur olub. Zərər səbəbindən beş xəstəxana qeyri-işlək vəziyyətə düşüb, xəstələr daha dördündən qismən təxliyə edilməli olub.

DİGƏR XƏBƏRLƏR

Top