
Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayev vaxtından əvvəl azadlığa buraxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə bununla bağlı qərar qəbul edilib.
Qərara əsasən, Məhəmməd Musayev cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzarə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
Qeyd edək ki, sabiq icra başçısı və Kürdəmir rayonunun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlər şəxslərin cəzasını isə 5 il 6 aya endirib.
Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirib.
Sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.