Bu yolda avtobus zolağına giriş məhdudlaşdırıldı


Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, Metronun “20 Yanvar” stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həmçinin Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, “Koroğlu” m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır:
“Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur”.

DİGƏR XƏBƏRLƏR

Top