
Amerikalı milyarder İlon Mask öz şirkəti “Tesla” tərəfindən hazırlanmış insanabənzər “Optimus” robotlarını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, təqdimat “Warner Bros studiyasında baş tutub və “Tesla”nın “X” səhifəsində yayımlanıb.
“O, (robot) müəllim ola bilər, uşaqlarınıza baxa bilər, itinizi gəzdirə bilər, otunuzu biçə bilər, ərzaq ala bilər, dostunuz ola bilər… ağlınıza gələn hər şeyi edə bilər”, - deyə Mask bildirib.
Sahibkar qeyd edib ki, “tarixin ən iddialı məhsulunun” qiyməti 20 min dollardan 30 min dollara qədər olacaq və hər kəs bunu ödəyə biləcək.
Qeyd edək ki, tədbir zamanı Mask həmçinin “Cybercab” robot taksisini də təqdim edib. Onun sözlərinə görə, hazırda ən azı 50 tam avtonom elektrik avtomobili var ki, onlar hətta sürücü üçün idarəetmə mexanizmləri ilə də təchiz olunmayıb, çünki sərnişinlərin daşınmasının tam avtonom şəkildə həyata keçiriləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, Mask insanabənzər robotların istehsalı ideyasını 2021-ci ilin avqustunda irəli sürüb. Layihə “Optimus” adlanıb. Modelin insan boyda olacağı və təxminən 20 kq ağırlığı qaldıra biləcəyi bildirilib.