Rusiya Prezidenti Vladimir Putin Aşqabadda yeni seçilən İran Prezidenti Məsud Pezeşkianla görüşür.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məluamata görə, bu, İran Prezidentinin vəzifəyə başlamasından sonra iki prezident arasnda ilk təkbətək görüşdür. Bundan əvvəl dövlət başçıları arasında telefon danışığı baş tutub.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş zamanı siyasətçilər ikitərəfli münasibətləri, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Rusiya tərəfdən danışıqlarda baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, dövlət başçısının mətbuat katibi Dmitri Peskov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edir.