Gürcüstan prokurorluğu Saakaşvilini deputatın həyatına sui-qəsddə ittiham edir


Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin 2016-cı ildə müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatı Givi Tarqamadzeyə sui-qəsdlə bağlı işdə əli olduğunu iddia edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun bəyanatında qeyd olunub. 
Bəyanata görə, bu ilin sentyabr ayında hüquq-mühafizə orqanlarının əməkdaşları qiyabi məhkum olunmuş və 2016-cı ildə Tarqamadzeyə sui-qəsdin təşkilinə görə axtarışda olan David Xeçuaşvilini saxlayıblar.
Sentyabrın 19-da Xeçuaşvili Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçib və sərhədçilər tərəfindən saxlanılıb.
Məhbusun ifadəsinə görə, o, 2016-cı ildə o vaxt Ukraynada yaşayan Saakaşvilidən ona göstəriş verən Şota Çiçiaşvili ilə görüşüb.
“Görüşdə Şota Çiçiaşvili məhkuma bildirib ki, bu yaxınlarda Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Gia Lortkipanidze ilə birlikdə Ukraynada Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşüb. Çiçiaşvilinin sözlərinə görə, görüşdə Saakaşvili bildirib ki, partiya üzvü Givi Tarqamadzeyə etibar etmir, çünki onun məlumatına görə, Tarqamadze 2016-cı il parlament seçkilərindən əvvəl o vaxtkı Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq edib və buna əsaslanaraq Saakaşvili Çiçiaşviliyə Givi Tarqamadzeyə nəzarəti həvalə edib”, - prokurorluğun bəyanatında qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top