Norveç Nobel Komitəsi 2024-cü il üçün Nobel Sülh Mükafatını Yaponiyanın Nihon Hidankyo təşkilatına verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nobel Mükafatının rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
Bildirilib ki, “Hibakuşa” kimi tanınan Xirosima və Naqasakidən olan atom bombasından sağ qalanların bu kütləvi hərəkatı sülh mükafatını nüvə silahlarından azad bir dünyaya nail olmaq səylərinə və nüvə silahlarından bir daha heç vaxt istifadə edilməməli olduğunu şahid ifadələri ilə nümayiş etdirdiyinə görə alır.