Mask robotaksini təqdim etdi


Amerikalı milyarder İlon Mask öz şirkəti “Tesla” tərəfindən yaradılmış “Cybercab” pilotsuz robot taksisini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, təqdimat “Warner Bros.” studiyasında baş tutub və “Tesla”nın “X” səhifəsində yayımlanıb.
“Gördüyünüz kimi, mən bura robot taksi ilə gəldim. Düşünürəm ki, bizi parlaq gələcək gözləyir”, - deyə milyarder bildirib.
Maskın sözlərinə görə, artıq ən azı 50 tam avtonom elektrik avtomobili var ki, onlar hətta sürücü üçün idarəetmə mexanizmləri ilə də təchiz olunmayıb, çünki sərnişinlərin daşınmasının tam avtonom şəkildə həyata keçiriləcəyi gözlənilir.
Sahibkarlar üçün bir robot taksinin qiyməti, Maskın fikrincə, 30 min dollar təşkil edəcək. Xidmətdən istifadə edənlər isə səyahət üçün hər mil üçün təxminən 30-40 sent ödəyəcəklər.
Mask robotaksi layihəsini avqust ayında təqdim edəcəyinə söz vermişdi, lakin təqdimatdan təxminən bir ay əvvəl o, şirkətin elektrik avtomobilini tamamlamaq üçün bir az daha vaxta ehtiyacı olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top