Rusiya Prezidenti Vladimir Putin Türkmənistana rəsmi səfərə gedib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, burada “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” adlı forumda iştirak edəcək, həmçinin İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun daha əvvəl verdiyi məlumata görə, Pezeşkianla görüşdə Rusiya dövlət başçısı ikitərəfli məsələləri və Yaxın Şərqdə kəskin pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırır.