“Windows 11”də beş kritik boşluq aşkar edildi


“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemində (ƏS) ən azı beş kritik zəifliyin olduğunu etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “MSPoweruser” məlumat yayıb.
Çərşənbə axşamı çıxan bir sıra müntəzəm yamaq buraxılışlarında “Microsoft” cari ƏS-də zəifliklər üçün düzəlişlər əlavə edib.
Şirkətin mütəxəssisləri bildiriblər ki, onlar 5-i kritik adlandırılan 118 təhlükəsizlik boşluğunu aşkar edib aradan qaldırıblar.
Təhlükəli boşluqlar müxtəlif “Microsoft” xidmətləri, o cümlədən “Windows”, “Microsoft Office” və “Exchange Server” ilə əlaqəli olub. Belə ki, CVE-2024-43572 zərərli “Microsoft Saved Console” faylları vasitəsilə uzaqdan kod icrasına, CVE-2024-20659 isə “Hyper-V” təhlükəsizlik sistemlərindən yan keçməyə icazə verib

DİGƏR XƏBƏRLƏR

Top