Ermənistan Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a komissiyanın mətbuat xidməti məlumat verib.
İstefanın səbəbləri açıqlanmır.
Bildirilir ki, Baqramyan bu vəzifəni 2019-cu ilin aprelindən tutub. Daha öncə o, energetika infrastrukturu və təbii sərvətlər nazirinin müavini olub.