İsrail hərbçiləri Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində müharibə başlayandan sonra qaçqınlar üçün sığınacaq kimi istifadə edilən Rufeyda məktəb binasına hava zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, HƏMAS üzvləri binadan komanda məntəqəsi kimi istifadə ediblər.
Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, zərbə nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 28 nəfər ölüb, 54 nəfər yaralanıb.
Ölənlər arasında neçə HƏMAS döyüşçüsü olduğu bəlli deyil.
İsrail ordusu zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxlu addımlar atdığını, o cümlədən dəqiq döyüş sursatlarından, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarından istifadə etdiyini iddia edib.