
Avqust ayında Çinin “Huawei” şirkəti ölkədə smartfon satışında 46 ayda ilk dəfə olaraq “Apple”ı geridə qoyaraq bazarda lider mövqe tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” CİNNO analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, yayın son ayında “iPhone” da daxil olmaqla xarici smartfonların tədarükü illik müqayisədə 12,7% azalaraq 1,87 milyon ədədə (2023-cü ilin eyni dövründəki 2,14 milyon ilə müqayisədə) düşüb. Eyni zamanda, Çin istehsalçılarından smartfon tədarükləri 26,7% artaraq 24,05 milyon ədədə çatıb. “Huawei” 17,5% payla bazar lideri oldu; onun tədarük həcmi keçən illə müqayisədə 7,7% artıb.
Nəşr qeyd edir ki, Çin “Huawei” üçün əsas bazara çevrilib və onun qlobal smartfon tədarükünün təxminən 89%-ni təşkil edir.