Qəzzada son 24 saatda 55 fələstinli ölüb


Son 24 saat ərzində blokada altında olan Qəzza zolağında İsrail qüvvələrinin hücumları nəticəsində ən azı 55 fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 55 nəfər ölüb, 166 nəfər yaralanıb”, - deyə nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən indiyədək İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 42 min 65, yaralananların sayı 97 min 886 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top