Nadal karyerasını bitirdi


Məşhur ispaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını başa vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Sizə bildirmək istəyirəm ki, mən peşəkar tennisdən gedirəm. Bu, reallıqdır, çətin illərim olub, xüsusən də son iki il. Mən oynaya bilməyəcəyimi düşünmürəm. Aydındır ki, bu çətin qərardır. Ancaq bu həyatda hər şeyin başlanğıcı və sonu var. Məncə, indi uzun və uğurlu karyeranı bitirmək üçün ən yaxşı vaxtdır”, - Nadal bildirib.
“Mən şadam ki, mənim son turnirim Devis Kuboku olacaq və burada ölkəmi təmsil edəcəyəm”, - ispaniyalı əlavə edib.
O, ailəsinə, məşqçilərinə, İspaniya millisindəki komanda yoldaşlarına və azarkeşlərə də təşəkkür edib.
Qeyd edək ki, Devis Kuboku kişilər arasında tennis üzrə ən böyük beynəlxalq komanda yarışıdır və 1900-cü ildən keçirilir.
2024-cü il Devis Kubokunun finalı noyabrın 19-dan 24-dək İspaniyanın Malaqa şəhərində keçiriləcək.
Xatırladaq ki, Nadalın 38 yaşı var. İspaniyalı 209 həftə ərzində dünyanın bir nömrəsi olub. Nadal Peşəkar Tennisçilər Assosiasiyasının himayəsi altında keçirilən turnirlərdə 92, o cümlədən “Böyük Dəbilqə” turnirlərində 22 qələbə qazanıb və bu göstəriciyə görə o, yalnız serbiyalı Novak Cokoviçdən (24 titul) geri qalır. O, ikiqat olimpiya çempionudur: 2008-ci ildə tək, 2016-cı ildə Mark Lopezlə birlikdə cütlük yarışlarında qalib gəlib. Milli komandanın üzvü kimi Nadal beşqat Devis Kubokunun qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top