Zelenski Almaniyaya gedəcək


Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 11-də Berlinə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, Zelenski Berlində Almaniya kansleri Olaf Şolzla görüşəcək və ona Ukraynanın Rusiya ilə müharibədə qələbəsi planını göstərəcək.
Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüşü baş tutacaq.
Oktyabrın 10-da isə Zelenski Parisdə olacaq və Fransa Prezidenti Emmanuel Makron onu Yelisey Sarayında qəbul edəcək.
Öz növbəsində İtaliyanın Baş naziri Corca Meloninin ofisi bildirib ki, o, oktyabrın 10-da Romada Zelenski ilə görüşəcək. Bundan sonra Ukrayna Prezidentinin Vatikanda Roma Papası Fransisk tərəfindən qəbul ediləcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top