Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonovu vəzifəsindən azad edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiya Prezidenti bu barədə sərəncam imzalayıb.
Prezidentin 10 oktyabr tarixli sərəncamı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
“Anatoli İvanoviç Antonov Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Vaşinqtonda Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçisi vəzifələrindən azad edilsin”, - deyə sənəddə bildirilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yeni səfirin namizədliyi Amerika prezidentinin kim olacağından asılı olmayacaq. Onun sözlərinə görə, vaxtında yeni səfir təyin olunacaq.
Qeyd edək ki, diplomat 2017-ci ilin avqustunda Rusiyanın ABŞ-dəki səfiri təyin edilib.