Bakı Kommersiya Məhkəməsində “Araz Supermarket” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, “Araz Supermarket” MMC -yə qarşı qaldırılan iddiaya hakim Günay Namazova tərəfindən baxılacaq.
Məlumat üçün bildirək ki, “Araz Supermarket” MMC-yə qarşı iddia “Parfum Palace” MMC tərəfindən qaldırılıb. İddiaçı məhkəmədən cavabdeh ilə aralarında imzalanan müqavilənin dəyişdirilməsini istəyir.
Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi OBA və SPAR supermarketəri ilə birgə ölkənin tanınmış şirkətlərindən olan “Veysəloğlu” MMC-yə bağlıdır.
Murad Məmmədov