“Milton” qasırğası nəticəsində ölənlərin sayı artdı – Yenilənib


Çərşənbə günü Florida ştatını vuran “Milton” qasırğası nəticəsində azı 9 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Daha əvvəl təbii fəlakət nəticəsində 2 nəfərin öldüyü bildirilib.
3-cü kateqoriya “Milton” qasırğası təxminən 20:35-də (Bakı vaxtı ilə 04:35 – red.) Siesta-Ki yaxınlığında yerə enib. Cümə axşamı səhər qasırğa birinci kateqoriyaya qədər zəifləyib. “PowerOutage” monitorinq resursunun məlumatına görə, ştatın 3 milyondan çox sakini işıqsız qalıb.

***10:44
ABŞ-də Florida sahillərini “Milton” qasırğası vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, qasırğa ABŞ-nin Florida ştatının qərb sahillərində Siesta-Ki ərazisində olub.
Üçüncü kateqoriyalı qasırğa yerli vaxtla saat 20:35-də (Bakı vaxtı ilə saat 04:35-də) Siesta Ki şəhəri yaxınlığında sahilə çatıb.
Küləyin maksimal sürəti 57 m/s olub.
NBC telekanalının məlumatına görə, qasırğa nəticəsində ən azı iki nəfər həlak olub.
Qasırğa ilə bağlı baş verən tornadolar nəticəsində təxminən 125 ev dağılıb. Dağılan evlərin əksəriyyəti mobil evlər olub.
Digər tərəfdən, “Milton” qasırğası Floridada 1,12 milyon sakinin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
“Milton” qasırğasının yaxınlaşması ilə əlaqədar ABŞ-də bir çox uçuşlar da ləğv edilib və ya təxirə salınıb. Belə ki, oktyabrın 9-da 1916 uçuş ləğv edilib, 1282 uçuş təxirə salınıb.
Xatırladaq ki, oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden yaxınlaşan qasırğa ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsinə icazə verilib.

DİGƏR XƏBƏRLƏR

Top