İsrail İrana məxsus olan zavodu vurdu – KİV


İsrailin Suriyanın Homs əyalətinin mərkəzində yerləşən Hisya şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 4 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
SANA agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, hücumun hədəfi yerli sənaye zonasındakı İrana məxsus olduğu bildirilən maşınqayırma zavodu olub.
“Hücum gecə saat 01:00 radələrində (Bakı vaxtı ilə 02:00) Şimali Livandan həyata keçirilib. Zavoda maddi ziyan dəyib”.

DİGƏR XƏBƏRLƏR

Top