
Braziliyanın Federal Ali Məhkəməsi “X”in ölkədə fəaliyyətini bərpa edə biləcəyi barədə qərar çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məhkəmənin bəyanatına istinadən məlumat yayıb.
Sənədə görə, bu qərar messencerin əvvəllər verilmiş məhkəmə qərarlarına əməl etməyə başlaması ilə əlaqədar qəbul edilib.
Qərar dərhal qüvvəyə minib.
““X”in Braziliyadakı nümayəndəliyinin dərhal geri qaytarılması üçün bütün zəruri tələblər sənədləşdirilib”, - hakim Aleşandri de Morais bildirib.
Platforma qərarı alqışlayıb:
““X” Braziliyaya qayıtmaqdan qürur duyur. Harada fəaliyyət göstərdiyimizdən asılı olmayaraq, söz azadlığını qorumağa davam edəcəyik”.