Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
Yeniavaz.com “Unikal”a istinadən xəbər verir ki, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.
Qeyd edək ki, 2 noyabr 1993-cü ildən sözügedən vəzifəni icraz edən Sadıkov 2020-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.