Qadağan olunmuş dərmanların Azərbaycana gətirilməsinin qarşısı alındı – Foto


Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də saat 17:54-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 10 min 20 ədəd satışı qadağan olunan CYTOTEK dərman vasitəsinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
“Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top