
2024-cü il üzrə kimya üzrə Nobel mükafatı laureatları məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Komitə oktyabrın 9-da Devid Beyker, Demis Hassabis və Con Camperin 2024-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib.
Devid Beyker “hesablamalı zülal dizaynı”, Demis Hassabis və Con Camper “zülal strukturunun proqnozlaşdırılması” üzrə tədqiqatlara görə bu mükafata görə layiq görülüblər.
