
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 milyard 68 milyon 400 min manata qaldırılıb.
Qeyd edək ki, Fondun nizamnamə kapitalı indiyədək 980 milyon 700 min manat olub.