İsrail Livanla atəşkəs şərtlərini açıqladı – KİV


İsrail Livanın cənubunda atəşkəs tətbiq etmək üçün şərt olaraq “Hizbullah” hərəkatının silahlarını yerə qoymasını və qüvvələrini iki ölkə sərhədinin şimalından çıxarmasını tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Fransa diplomatik mənbələrinə istinadla məlumat yayıb.
“İsrail Livanda atəşkəs müqabilində “Hizbullah”dan silahlarını yerə qoymağı və Litani çayının şimalına çəkilməyi tələb edir”, - həmsöhbətlərdən biri deyib.

DİGƏR XƏBƏRLƏR

Top